Azərbaycan Basketbol Liqasının final seriyasında 5-ci oyunun vaxtı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, "Sabah" və "Neftçi" klubları mayın 11-də daha bir görüş keçirəcəklər.
Oyun saat 17:00-da Bakı İdman Sarayında start götürəcək.
Bu, final seriyasında həlledici qarşılaşma ola bilər. Belə ki, "Sabah" məhz həmin tarixdə növbəti dəfə Azərbaycan çempionu olmaq şansına malikdir.
Hazırda "bayquşlar" seriyada 2:1 hesabı ilə öndədirlər. Sabah tərəflər arasında 4-cü görüş olacaq.
Reqlamentə əsasən, ən tez 4 qələbə qazanan komanda ölkə çempionu tituluna yiyələnəcək.