Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının sədri Ursula fon der Leyeni Ukraynanın Avropa İttifaqına üzvlüyünü sürətləndirmək çağırışına görə tənqid edib.
Qeyd edək ki, siyasətçi daha əvvəl bəyan etmişdi ki, Avropa İttifaqı Kiyevin qoşulması prosesini sürətləndirməli və bu il Ukrayna ilə substantiv danışıqlara başlamalıdır.
...Ukrayna pul və silah alır. SİA-nın məlumatına görə, Orban bunuX sosial şəbəkədə yazıb.Onun dediyinə görə, Avropalı vergi ödəyiciləri hesabı ödəyir. Ayıbdır!
Xatırladaq ki, aprelin 14-də Macarıstanda Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı ictimai sorğuya start verilib. Poçtla göndərilən bülletendə bir sual yer alır: “Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyirsinizmi?” və iki cavab variantı - "bəli" və ya "yox".
Sorğunun nəticələri iyun ayında Brüsselə göndəriləcək.
Əli Babayev