Mövsüm dəyişiklikləri ilə birlikdə bir çox insan yaz aylarında yorğunluq, baş ağrısı, yuxululuq və diqqət dağınıqlığı kimi simptomlarla üzləşir. Mütəxəssislər bildirir ki, doğru qidalanma ilə bu dövrü daha rahat və enerjili keçirmək mümkündür.
Manset.az-ın əldə etdiyi məlumata görə, dietoloqlar yaz yorğunluğuna qarşı aşağıdakı qidaları tövsiyə edirlər:
-
Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, pazı): Maqnezium və dəmir tərkibi sayəsində enerji istehsalına kömək edir.
-
Vitamin C ilə zəngin meyvələr (portağal, kivi, çiyələk, limon): İmmunitet sistemini gücləndirir, orqanizmi canlandırır.
-
Qoz-fındıq və toxumlar (badam, qoz, balqabaq toxumu): E vitamini və omeqa-3 tərkibi ilə zehni yorğunluğa qarşı təsirlidir.
-
Yumurta: Zülal baxımından zəngin olub uzun müddət tox saxlayır və enerjini balanslaşdırır.
-
Bal: Təbii enerji mənbəyi olaraq günə enerjili başlamanıza kömək edir.
-
-