EN

Şeşko "Leypsiq"dən ayrılır? - özü açıqladı

"Leypsiq"in hücumçusu Benjamin Şeşko gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Sky Sport Germany" 21 yaşlı futbolçunun dediklərini belə çatdırıb. 

"Hal-hazırda 100 faiz diqqətimi "Leypsiq"ə yönəltmişəm. Nə olacağını isə zaman göstərəcək. Hər şey açıqdır, hər şey ola bilər."

Daha əvvəl də məlum olduğu kimi, futbolçu ilə Premyer Liqanın bir sıra klubları maraqlanır.

Bu mövsüm 21 yaşlı sloveniyalı bütün turnirlərdə 43 oyun keçirib, 21 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun dəyəri 65 milyon avro olaraq qiymətləndirilir.

 

 

Chosen
0
90deqiqe.az

1Sources