EN

2025-ci il iqlim dəyişikliyinə uyğunlaşmanı inkişaf etdirmək üçün dönüş nöqtəsi olmalıdır - Muxtar Babayev

Bakı. Trend:

Kopenhagendə dünyanın müxtəlif ölkələrindən liderlər vənazirlərin iştirakı ilə Braziliyada keçiriləcək COP30müzakirələrinə istiqamət vermək məqsədilə iqlim üzrə görüşbaşlayıb.

Trend xəbərverir ki, görüşə Danimarkanın energetika, kommunal xidmətlər vəiqlim naziri Lars Aagard sədrlik edir.

Görüşdə, həmçinin, COP30-un təyin olunmuş prezidenti,Braziliyalı səfir Andre Korrea do Lago və vəzifəsini təhvil verənCOP29 rəhbəri, Azərbaycanın ekologiya və təbii sərvətlər naziriMuxtar Babayev iştirak edirlər.

Görüşün açılışında vurğulanıb ki, 2024-cü ilin noyabrında Bakıdakeçirilmiş COP29 zamanı demək olar ki, 200 tərəfdaş ölkə “Bakıİqlim Həmrəyliyi Paktı” çərçivəsində mühüm nəticələr əldə edib. Bunəticələr iqlim dəyişikliklərinə qarşı mübarizəninintensivləşdirilməsi, dayanıqlılığın gücləndirilməsi və ehtiyacıolanlar üçün maliyyə resurslarının səfərbərliyi ilə bağlıirəliləyişləri əhatə edib.

Əsas nailiyyətlər arasında İqlim Dəyişmələrinə Qarşı MaliyyəYardımı üzrə Yeni Kollektiv Miqdar Hədəfi (NCQG), Zərər və ZiyanınÖdənilməsi Fondu və Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraqkarbon bazarına dair qaydaların tamamlanması yer alır. Ən önəmlisiisə odur ki, COP29 ölkələrin birlikdə fəaliyyət göstərməsisayəsində çoxtərəfli yanaşmanın real nəticələr verə biləcəyinitəsdiqlənib.

Hazırda əsas diqqət bu nəticələrin real addımlara çevrilməsinəyönəldilməlidir. İqlim böhranı qətiyyətli və sürətli qlobaltədbirlər tələb edir. COP30-un uğuru beynəlxalq ictimaiyyətinçoxtərəfli iqlim rejimini dəstəkləməyə və möhkəmləndirməyəhazırlığından asılı olacaq. Bu da BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının (UNFCCC) prosesini insanların həyatınayaxınlaşdırmaq və Paris Sazişinin məqsədlərinin həyatakeçirilməsini sürətləndirmək deməkdir.

COP29-un prezidenti və Azərbaycanın iqlim üzrə xüsusinümayəndəsi Muxtar Babayev çıxışında qeyd edib ki, sürətlə dəyişəndünyada bütün ölkələr iqlim böhranı ilə üzləşirlər və bu səbəbdəndə ölkələrin bu barədə açıq danışmaları, konstruktiv əməkdaşlıqetmələri və birlikdə irəliləmələri vacibdir:

“Biz bir yerdə çox şeyə nail olmuşuq. Paris Sazişindən əvvəldünya 4°C-dən çox istiləşməyə doğru gedirdi. Hələ uzun yolumuz var,amma əldə etdiyimiz irəliləyişi inkar edə bilmərik. Biz Bakıdairəli getdik. COP29-da sübut etdik ki, dünya razılaşa və nəticəəldə edə bilər. Yeni öhdəliyə əsasən, inkişaf etməkdə olan ölkələrəhər il 1,3 trilyon dollar iqlim maliyyəsi ayrılacaq.

Biz, həmçinin, Paris qaydalar paketini bağladıq. Ancaq bu gündünyada artan qeyri-müəyyənlikləri nəzərə alaraq, real vəziyyətəqarşı dürüst olmalıyıq. Qorxuya qapılmamalı və iqlim fəaliyyətiniunutdurmağa imkan verməməliyik. İqlim böhranı digər problemlər həllolunana qədər gözləməyəcək. Hər bir məsələ ilə birlikdə iqlimböhranının həlli də paralel şəkildə irəliləməlidir. Əks halda,fürsətləri qaçırdığımız üçün peşman olacağıq”, - deyə MuxtarBabayev bildirib.

Muxtar Babayev əlavə edib ki, hazırda COP29-un sədrliyiBraziliyanın COP30 hazırlıqlarına dəstək verir. O, AzərbaycanPrezidentinin – İlham Əliyevin rəhbərliyi və dəstəyinin COP29-unuğurla təşkil olunmasında və ölkənin iqlim dəyişikliklərinə qarşımübarizəyə sərmayə qoymasında həlledici rol oynadığını vurğulayıb:“Bizim əsas məqsədimiz bütün liderlərin bu prosesdə eyni dərəcədəfəal iştirak etməsidir. Vaşinqtonda keçirilən yaz görüşlərindəiqlim məsələsinin gündəlikdən çıxarılmaq təhlükəsi ilə üzləşdik.Amma biz bu mövzunu yenidən ön plana çəkməli, verilmiş vədlərinkonkret yerinə yetirilməsi planlarını təqdim etməliyik. Bu,hökumətlərdən əlavə olaraq, çoxtərəfli inkişaf bankları və digərmaliyyə institutları da daxil olmaqla bütün maraqlı tərəfləri əhatəedir”.

M.Babayev, COP29-un nəticələrindən biri kimi, 2035-ci ilə qədərhər il 300 milyard dolların səfərbər olunması hədəfini xatırladıb.Bu məqsədə çatmaq üçün kollektiv səylər lazım olduğunubildirib.

M.Babayev vurğulayıb ki, ən yaxın və əsas nəticə növbəti iqlimplanlarının hazırlanması olmalıdır. Bütün ölkələr sentyabr ayınaqədər Öz Milli Uyğunlaşma Planlarını (NAP) və ilk ikiillikşəffaflıq hesabatlarını təqdim etməlidirlər. Bu addımlar COP30-daBraziliyanın liderliyinə dəstək verəcək.

COP30-un prezidenti Andre Korrea do Lago isə beynəlxalqictimaiyyəti insanlığın rifahı naminə iqlim dəyişikliyinə qarşısəyləri birləşdirməyə çağırıb. O, BMT Baş katibi Antonio Quterreşinson Petersberq İqlim Dialoqunda etdiyi çağırışı xatırladıb –ölkələr sentyabr ayına qədər 1,5°C hədəfinə uyğun milli töhfələrtəqdim etməlidir: “Biz bu çağırışlara ciddi yanaşmalıyıq – həm ənpis nəticələrin qarşısını almaq, həm də aşağı karbonlu və davamlıgələcək imkanlarından faydalanmaq üçün zəruridir”, - deyə AndreKorrea do Lago vurğulayıb.

2025-ci il Paris Sazişinin qəbul edilməsinin 10 illiyi və iqlimfəaliyyətləri üçün həlledici onilliyin ortası olaraq dönüşnöqtəsidir. Bu il həm də Paris Sazişi məqsədlərinin tətbiqimexanizmləri üçün önəmli bir mərhələdir. 2025-ci il iqlimdəyişikliyinə uyğunlaşmanı inkişaf etdirmək və Milli UyğunlaşmaPlanlarını təqdim etmək üçün dönüş nöqtəsi olmalıdır.

Bu kontekstdə COP30, BMT-nin İqlim Konvensiyası çərçivəsində vəxaricində iştirakçıları, prosesləri və mexanizmləri sistematikşəkildə əlaqələndirmək üçün unikaldır. Məqsəd – Paris Sazişininəsas elementləri olan azaldılma, uyğunlaşma, maliyyələşmə,texnologiya və potensialın artırılması üzrə boşluqları aradanqaldırmaqdır. Bu da COP30-un "Cənub Xaçı" baxışına uyğundur.

COP30-a cəmi 7 ay qalmış tərəflərin iqlim ambisiyalarını vətədbirlərini sürətləndirmək üçün həlledici imkanı var.Kopenhagendəki bu yüksək səviyyəli görüş iqlim fəaliyyəti ilə bağlısəmimi və konstruktiv müzakirələr üçün platforma təqdim edir.

İki günlük görüş çərçivəsində plenar və bölmə iclaslarındaiştirakçılar Bakı Həmrəyliyi Paktı və BƏƏ Konsensusu əsasındamüəyyən edilmiş bir sıra əsas məsələlər – milli səviyyədə müəyyənedilmiş töhfələr, ədalətli keçid, maliyyələşmə, uyğunlaşma vədayanıqlılıq, eləcə də Qlobal Yekun İcmalın həyata keçirilməsimövzusunda açıq və konstruktiv müzakirələr aparacaqlar.

Chosen
0
3
az.trend.az

4Sources