EN

Qaz təchizatı obyektlərinin quraşdırılmasına tələb olunan rüsum artırıldı

Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına lisenziya verilməsi üçün dövlət rüsumu 1 100 manat, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına lisenziya verilməsi üçün dövlət rüsumu isə 2 500 manat olub.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Qanuna edilən dəyişikliyi təsdiqləyib.
 
Dəyişikliyi əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı daxil edilib.
 
Lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanlar lisenziya (icazə) sahibləri tərəfindən lisenziyanın və icazənin şərtlərinə riayət edilməsi istiqamətində normativ hüquqi aktlarda nəzərdə tutulan inzibati tədbirlərlə yanaşı, yoxlama və nəzarətdənkənar tədbirlərdən (lisenziya (icazə) sahiblərinə metodiki köməklik göstərilməsi, qanunvericiliyin tələbləri və bu tələblərin pozulmasına görə məsuliyyət tədbirləri barədə maarifləndirmə işlərinin aparılması, məsləhətlər verilməsi və s.) də istifadə etməlidirlər.
 
Chosen
0
moderator.az

1Sources