EN

Tanınmış rejissor azadlığa buraxıldı

Türkiyədə sosial şəbəkədəki paylaşımına görə “cinayətə təhrik” və “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamları ilə həbs edilən rejissor İlker Canikligil azadlığa buraxılıb.

Kult.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki,İstanbul 31-ci Ağır Cəza Məhkəməsində keçirilən ilk iclasdan sonra Canikligil xaricə çıxış qadağası şərti ilə azadlığa buraxılıb.

Qeyd edək ki, rejissor İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun həbsindən sonra hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sərt şəkildə təhqir etmişdi.

Chosen
0
axar.az

1Sources