EN

Sommer: “Bir çox insan düşünərdi ki, 2:3-də təslim olacağıq”

“İnter”in qapıçısı Yan Sommer Çempionlar Liqasında “Barselona”ya qalib gəldikləri yarımfinal oyunundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, qolkiper 4:3 hesabıyla bitən matçla bağlı bunları söyləyib:

“Çox xoşbəxtəm. İnanılmaz oyun keçirdik. Ən çox hansı zərbəni xatırlayıram? Yamalın sonuncu zərbəsi… xoşbəxtlikdən qol vura bilmir. Bir çox insan düşünərdi ki, 2:3-də təslim olacağıq. Ancaq belə olmadı və güclü iradəmizlə qələbə qazandıq”.

Chosen
0
futbolpress.az

1Sources