EN

“Qarabağ”ın məsul şəxsi UEFA-nn seçimlərini QAZANDI

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev seçimlər əsasında “UEFA Academy” tərəfindən təşkil olunan “Strategic Communications Compact Course” proqramının 6-cı buraxılışında iştirak etmək imkanı qazanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klub funksionerinin özü açıqlama yayıb.

Sitat:

“Bu nüfuzlu və intensiv kurs UEFA-nın kommunikasiya sahəsindəki ən yüksək səviyyəli təlimlərindən biridir.

Avropanın aparıcı futbol klublarının media və kommunikasiya rəhbərləri ilə birlikdə iştirak edəcəyim bu proqram, böhran zamanı kommunikasiya, strateji planlaşdırma və innovativ məzmun istehsalı üzrə biliklərin inkişafında önəmli rol oynayacaq.

Klubum "Qarabağ"a verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm”.

Chosen
0
sportinfo.az

1Sources