EN

BƏƏ Azərbaycandan qeyri-neft məhsulları alışını 40%-dən çox artırıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Birləşmiş ƏrəbƏmirliklərinə (BƏƏ) 19 milyon ABŞ dolları dəyərində qeyri-neftməhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 5,5% milyon ABŞ dolları və ya 40,2% çoxdur.

Hesabat dövründə BƏƏ-yə qeyri-neft məhsullarının ixracıAzərbaycanın ümumi ixracının 2,47%-i həcmində olub. Bununla da BƏƏAzərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələrsırasında 7-ci pillədə qərarlaşıb.

Eyni zamanda, 2025-ci ilin yanvar-mart aylarında AzərbaycanlaBirləşmiş Ərəb Əmirlikləri arasında ticarət əməliyyatlarının həcmi33,2 milyon ABŞ dolları təşkil edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 10,4 milyon ABŞ dolları və ya 45,6% çoxdur. Hesabatdövründə BƏƏ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarətdövriyyəsinin 0,28%-i həcmində olub.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan BƏƏ-yə 20,8 milyondollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrüilə müqayisədə 6,8 milyon ABŞ dolları və ya 48,8% çoxdur.

Həmçinin 2025-ci ilin yanvar-mart aylarında BƏƏ-dən Azərbaycana12,4 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunubki, bu da illik müqayisədə 3,6 milyon ABŞ dolları və ya 40,6% artımdeməkdir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xariciticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkiledib. Son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞdolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% və ya 1,9milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkiledib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyondollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Chosen
0
6
az.trend.az

10Sources