Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan İsveçrəyə 69,6milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixracolunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 49,3 milyon ABŞ dolları və ya 3,4 dəfə çoxdur.
Hesabat dövründə İsveçrəyə qeyri-neft məhsullarının ixracıAzərbaycanın ümumi ixracının 9,02%-i həcmində olub.
Bununla da İsveçrə Azərbaycanın ən çox qeyri-neft məhsullarıixrac etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xariciticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkiledib.
Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6%və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dollarıtəşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyondollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.