EN

Jalədən mövsümün yekunu ilə bağlı paylaşım

Türkiyənin "Amed" klubunda çıxış edən qadınlardan ibarət yığmamızın futbolçusu Jalə Məsimova başa çatan mövsümlə bağlı təəssüratlarını bölüşüb.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı oyunçu sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib:
"2024/25 mövsümünün sonuna gəldik. Komanda yoldaşlarıma, məşqçilərimə və baş məşqçimiz Cahit Akına təşəkkür etmək istəyirəm. Bu uzun mövsümdə yaxşı və pis günlərimiz oldu. Yeni mövsümdə hamınızı gözləyirik. Hələlik".

Qeyd edək ki, "Amed" 23 xalla mövsümü 10-cu pillədə başa vurub.
Chosen
0
1
football-plus.az

2Sources