Bilbao "Atletik"i sabah Avropa Liqası yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Mançester Yunayted"lə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, bask klubu bu görüşdə Niko və İnyaki Vilyams qardaşlarından yararlana bilməyəcək. Oyan Sanset də qardaşlar kimi zədəyə görə matçı qaçırmalı olacaq.
Əlavə edək ki, "Atletik" ilk oyunda "qırmızı şeytanlar"a 0:3 hesabı ilə məğlub olub. Cavab görüşü sabah Bakı vaxtı ilə 23:00-da start götürəcək.