EN

Regional əməkdaşlıq - iqlim dəyişikliyi şəraitində ərzaq zəncirlərinin dayanıqlığı baxımından mühüm əhəmiyyət kəsb edir - AİB

Milan. Trend:

İqlim dəyişikliyi ilə bağlı çağırışlar şəraitində ərzaq tədarüküzəncirlərinin dayanıqlığı baxımından regional əməkdaşlıq mühüməhəmiyyət kəsb edir.

Trend-in Milanaezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Asiya İnkişafBankının kənd təsərrüfatı, ərzaq, təbiətin mühafizəsi, suresursları, şəhər infrastrukturu və rəqəmsal texnologiyalarsahələri üzrə 2 sektorun departamentinin baş direktoru KleoKavavaki AİB 58-ci illik iclası çərçivəsində keçirilən “Rəqəmsalgələcəyin yaradılması: inklüziv və dayanıqlı ərzaq sistemi” panelmüzakirələrində deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı çağırışlarfonunda, dayanıqlılıqla bağlı məsələlərə daha böyük diqqət ayırmaqlazımdır belə ki, tədarük zəncirlərində pozuntular meydana gələbilər.

“Biz yeni tədarük zəncirləri formalaşdırmalıyıq. Lakin buzəncirlərin dayanıqlılığı regionun inteqrasiya səviyyəsindən,çağırışlara birgə cavab vermək imkanından asılıdır. Əsasbəyanatlarımızdan biri 2030-cu ilə qədər ərzaq sistemlərininkeçidinə 40 milyard dollar investisiya qoymaq kimi iddialıhədəfimiz oldu. Bu isə AİB-in bu hədəflərə sadiqliyini vəmaliyyənin əlçatan olacağını təsdiqləyir. Həmin investisiyaların 27faizi isə özəl sektora yönəldiləcək”, – deyə o bildirib.

Kavavaki dünyanın getdikcə daha proqnozlaşdırıla bilməz bir halagəldiyini vurğulayıb:

“Ərzaq sistemi baxımından bizim üçün ən ciddi çağırış iqlimdəyişikliyidir. Necə edək ki, ərzaq sistemləri iqlim-dayanıqlıolsun? Bu, yalnız regional əməkdaşlığın inkişafı ilə mümkündür. Bu,AİB-nin prioritetlərdən biridir”.

Biz riskləri müxtəlif bucaqlardan – maliyyə, siyasətnöqteyi-nəzərindən, eləcə də layihələrin qarışıq maliyyələşməmexanizmlərinə uyğunlaşdırılması prizmasından nəzərdən keçiririk,bu zaman regional əməkdaşlıq və dayanıqlılıq üzərindəfokuslanırıq”,- deyə baş direktor qeyd edib.

O əlavə edib ki, ərzaq sisteminə investisiya - ilk növbədə, ənqiymətli resursa – insanlara qoyulan investisiyadır. “Əgər siznatamam qidalanma probleminin qarşısını alırsınızsa, bu, insanlarındaha məhsuldar olmasına və potensiallarını maksimumreallaşdırmasına şərait yaradır. Axı bir uşaq həyatının ilk 1000günü ərzində lazımi qida maddələrini almasa, onun uğurla təhsilalması çətin olar. Buna görə də davamlı milli inkişaf üçünqidalanma ən vacib amildir. Bu məsələdə ərzağın əlçatanlığınıntəmin olunmasında özəl sektorun rolu son dərəcə vacibdir – əgərərzaq olmasa, heç nə olmayacaq”, – deyə Kavavaki bildirib.

Chosen
0
az.trend.az

1Sources