EN

AFFA iki futbolçunu dörd oyunluq diskvalifikasiya edib

AFFA
AFFA Azərbaycanın I Liqasında çıxış edən "Cəbrayıl"ın futbolçusunu 3, "Difai" və "Mingəçevir" klublarının oyunçularını isə 4 oyunluq cəzalandırıb. 1news.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
I Liqanın XXIV turunda baş tutan “Cəbrayıl” – “Baku Sporting” oyununun 85-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Tapdıq Əhmədov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Bölgə təmsilçisi 200 manat cərimələnib. Bundan başqa, xərəkdaşıyanların say limiti pozulduğuna görə “Cəbrayıl” komandası 80 manat, 4 futbolçusu sarı vərəqə görən "Baku Sporting” isə 70 manat ziyana düşüb. “Difai” – “Mingəçevir” oyunu bitdikdən sonra “Difai”dən Riad Abbaszadə, "Mingəçevir"dən isə Elməddin Məmmədov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün 4 oyun cəzalanıblar. Hər iki klub futbolçularının hərəkətlərnə görə 300 manat cərimələnib.

Mingəçevir təmsilçisi həmçinin oyununun 61-ci dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 150 manat ödəyəcək.

Chosen
0
5
1news.az

7Sources