"Azərbaycan tarix boyu müxtəlif dinlərin sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Bu gün də xalıqımız tarixin süzgəcindən keçmiş bu ənənələri qoruyub saxlayır. Azərbaycan dövlətinin yaratdığı şərait nəticəsində yenidən özünün inkişaf mərhələsini yaşayan icmalardan biri də Bəhailərdir. Dünyanın bir çox ölkələrində fəaliyyəti qadağan olunan Bəhai icması bu gün ölkəmizdə fəaliyyətini sərbəst davam etdirir. Tolerantlığın və multikulturalizmin əsil nümunəsi budur".Qeyd edək ki, Nizami Kino Mərkəzində Azərbaycan Bəhai İcmasının tarixi inkişaf mərhələlərini əks etdirən "İki Yüz İllik Gizli Tarix" sənədli filminin geniş ictimaiyyət üçün təqdimat mərasimi baş tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31