NBA-də pley-off mübarizəsi davam edir.
Offsideplus.az xəbər verir ki, Cleveland Cavaliers - İndiana Pacers seriyasında ikinci matç keçirilib. Bu dəfə də görüşdən qonaqlar qalib ayrılıb - 120:119.
İndiana Pacers seriyada 2:0 hesabı ilə önə keçib. Növbəti iki oyun onların meydanında olacaq.
Əlavə edək ki, Cleveland Cavaliers normal mövsümü Şərq Konfransında lider bitirmişdi.
Qərb Konfransında isə Minnesota Timberwolves Golden State Warriors'u qəbul edib. Bu görüşdə də qonaq komanda daha güclü olub - 99:88.
Bu tərəflər arasındakı ilk matç idi.
Qeyd edək ki, seriyalarda 4 qələbə qazanan komandaıar konfrans finalına yüksələcək.