ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflərdən sonra ticarət gərginliyi yaşayan Çin və ABŞ bu həftə danışıqlara başlayacaq.
News24.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi mayın 9-12-də İsveçrədə keçiriləcək danışıqlarda Çin Baş nazirinin müavini He Lifengın iştirak edəcəyini bildirib.
İclasda Vaşinqtonu ABŞ-ın maliyyə naziri Skott Bessent və ABŞ Ticarət Nümayəndəsi (USTR) Ceymison Qrin təmsil edəcəyi açıqlanıb.
Bu, Çinin vitse-prezidenti Han Zhengin yanvar ayında Trampın andiçmə mərasimində iştirakından sonra iki ölkə arasında ilk yüksək səviyyəli qarşılıqlı əlaqə olacaq.
Bununla belə, qlobal ticarət ekspertləri BBC-yə bildiriblər ki, onlar danışıqların bir neçə ay çəkəcəyini gözləyirlər.
Günel Məlikzadə