EN

DƏHŞƏT: Gəlin toydan öncə rəqs zamanı ÖLDÜ

Hindistanın Nupur Pinauni kəndində gəlin toyuna bir neçə saat qalmış infarkt keçirib.

Publika.az xəbər verir ki, bu barədə "Lokmat Times" məlumat yayıb.

Bildirilib ki, Dikşa adlı qız seçdiyi Saurabh adlı oğlanla ilə evlənməli idi. Toydan əvvəl ənənəvi haldi mərasimi başlayıb, bu zaman gəlin və bəyin ən yaxın qohumları və dostları üzlərinə zerdeçal pastası çəkirlər. Rəsmi hissədən sonra rəqsə start verilib.

Qız rəqs zamanı özünü pis hiss edib, tualetə qaçıb, lakin geri qayıtmayıb. Təşvişə düşən qohumlar axtarışa çıxıb və Dikşanı hamamın döşəməsində huşsuz vəziyyətdə tapıblar. Həkimlər qıza kömək edə bilməyiblər. O, toya bir neçə saat qalmış dünyasını dəyişib.

Chosen
0
1
publika.az

4Sources