İtaliyanın “İnter” klubu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında İspaniyanın “Barselona” klubuna əlavə vaxtdan sonra 4:3 hesabı ilə qalib gələrək turnirin finalına yüksəliblər.
“Report” xəbər verir ki, görüş Milanda baş tutub.
“İnter”in qollarını Lautaro Martinez (21-ci dəqiqə), Hakan Çalhanoğlu (45+1, penalti), Françesko Acerbi (90+3) və Davide Frattezi (99) vurub. “Barselona”nın heyətində Erik Qarsiya (54), Dani Olmo (60) və Rafinya (87) fərqlənib. İlk görüş 3:3 hesabı ilə başa çatıb.
Finalda “İnter” Fransanın “PSJ” və İngiltərənin “Arsenal” klubları arasında keçirilən görüşün qalibi ilə oynayacaq.
İlk görüş Londonda baş tutub və 1:0 hesabı ilə “PSJ”nin xeyrinə başa çatıb. Cavab oyunu mayın 7-də Parisdə baş tutacaq.