EN

Türkiyədə CHP liderinə hücum edən şəxs həbs edildi



CHP sədri Özgür Özələ hücum edən Səlcuq Tengioğlu həbs edilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hazırda istintaq davam edir.

Qeyd edək ki, İstanbulda həyatını itirən Sırrı Süreyya Öndərin Atatürk Mədəniyyət Mərkəzində təşkil edilən mərasimdən çıxarkən Özələ hücum edərək nəzarətə alınan 66 yaşlı Səlcuq Tengioğlunun İstanbul Asayiş Şöbə Müdirliyindəki əməliyyatları tamamlanıb.

Sağlamlıq yoxlamasından sonra şübhəli Çağlayandakı İstanbul Ədliyyəsinə gətirilib.

Hakim şübhəlinin həbsinə qərar verib.


Anar Əliyev
Chosen
0
1
newscenter.az

2Sources