EN

ABŞ husilərə qarşı hücumları dayandırmaq niyyətindədir

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika qoşunları husilərə zərbə endirməyi dayandıracaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Dünən gecə çox yaxşı xəbər gəldi. Husilər bizə dedilər ki, daha döyüşmək istəmirlər. Biz buna hörmət edirik və bombardmanı dayandıracağıq", - Tramp Kanadanın baş naziri Mark Karni ilə görüşü zamanı deyib.

Amerika liderinin sözlərinə görə, husilər “artıq gəmiləri partlatmayacaqlarını” da açıqlayıblar.

Chosen
0
1
operativmm.az

2Sources