AZ

ABŞ husilərə qarşı zərbələri dayandırmaq niyyətində olduğunu açıqlayıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika qoşunları husilərə zərbə endirməyi dayandıracaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Dünən gecə çox yaxşı xəbər gəldi. Husilər bizə dedilər ki, daha döyüşmək istəmirlər. Biz buna hörmət edirik və bombardmanı dayandıracağıq”, – Tramp Kanadanın baş naziri Mark Karni ilə görüşü zamanı deyib.

Amerika liderinin sözlərinə görə, husilər “artıq gəmiləri partlatmayacaqlarını” da açıqlayıblar.

Seçilən
0
1
nocomment.az

2Mənbələr