EN

Millimizin hücumçusu Yunanıstan klubunda

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova komandasını dəyişib.

Msport.az xəbər verir ki, 35 yaşlı hücumçu yenidən Avropada çıxış edəcək.

Çünki o, Braziliya klubu “Osasko”dan ayrılıb. Rəhimova karyerasını Yunanıstanda davam etdirmək qərarına gəlib. Millimizin üzvü “Panionis”lə birillik müqavilə imzalayıb.

Maraqlıdır ki, Yunanıstan Rəhimovanın karyerasında 9-cu ölkə olacaq. O daha əvvəl Azərbaycanla yanaşı, Cənubi Koreya, Yaponiya, Türkiyə, İtaliya, İndoneziya, Vyetnam və Braziliya klublarında çıxış edib.

Qeyd edək ki, Polina Rəhimovanın yenicə ayrıldığı “Osasko” bu mövsüm Braziliya çempionu olub.

Chosen
0
msport.az

1Sources