EN

İstanbulda 7 medal

İstanbulda gənclər arasında keçirilən Avropa Kuboku turnirində Azərbaycan komandası 2-si qızıl, 5-i bürünc olmaqla 7 medal qazanıb.

Yarışda Nizami İmanov (66 kq) qızıl, Aslan Kotsoyev (90 kq) keçirdiyi 5 görüşün hamısında qalib gələrək qızıl medala layiq görülüblər. Xədicə Qədəşova (52 kq), Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Mehdi Abbasov (81 kq), Ramazan Əhmədov (+100 kq) isə bürünc medal əldə ediblər.

Azərbaycan yığması bu nəticə ilə, 31 ölkə arasında ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.

L.AZAD
XQ

Chosen
0
1
xalqqazeti.az

10Sources