EN

Xocalı və Ağdərəyə qayıdanların sayı açıqlandı

2026-cı ilin sonunadÉ™k “Böyük Qayıdış” proqramının I mÉ™rhÉ™lÉ™sinin tamamlanacağı vÉ™ bu mÉ™rhÉ™lÉ™dÉ™ 140 min keçmiÅŸ mÉ™cburi köçkünun QarabaÄŸ vÉ™ Şərqi ZÉ™ngÉ™zura qayıdacağı planlaÅŸdırılır.
 
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a verilən məlumata görə, bugünədək Xocalı şəhərinə 341 nəfərdən ibarət 85 ailə, Xocalının Ballıca kəndinə isə 172 ailə- yəni 811 nəfər köç edib.
 
Ümumilikdə Xocalıda 1152 nəfər məskunlaşıb. Təkcə Xocalıya deyil, Ağdərəyə də köç davam edir. Ağdərə rayonunun Həsənriz kəndinə 70 ailə - 238 nəfər, Suqovuşan kəndinə 180 ailə - 592 nəfər, Talış kəndinə isə 91 nəfərdən ibarət 20 ailə köçürülüb. Ümumilikdə hazırda Ağdərənin kəndlərində 921 nəfər məskunlaşıb. Bu proses isə mərhələli şəkildə davam edir.
 
Chosen
0
36
moderator.az

10Sources