Yaxın vaxtlarda Tehran və Təbrizdən Bakıya birbaşa uçuşlar açılacaq.
Bunu İranın Yollar və Şəhərsalma Nazirliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Əmin Tərfa bildirib.
O, yollar və şəhərsalma naziri Fərzanə Sadiqin İran və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iranlı rəhbəri kimi azərbaycanlı vəzifədaşı və iki ölkənin nəqliyyat sahəsində razılaşmalarına istinad edib.
"Həftədə 4 gün Tehran-Bakı, həftədə 2 gün Təbriz-Bakı reysi fəailiyyət göstərəcək. Hazırda Mülki Aviasiya Təşkilatı bu uçuşların ən qısa müddətdə həyata keçməsi üçün Azərbaycan Respublikasının müvafiq qurumları ilə danışıqlar və ekspertiza işləri aparır”, - deyə Tərfa əlavə edib./Yenisabah.az