EN

Mərakeş Krallığının xanım Şahzadəsi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa mayın 5-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

Həmin gün Lalla Hasnaa Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

Chosen
0
22
xalqqazeti.az

10Sources