EN

BMT nin bu qurumu ölkəmizdə fəaliyyətini dayandırır KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Azərbaycan Hökumətindən rəsmi bildiriş alıb və ölkədəki fəaliyyətini başa çatdırır.

KONKRET.az xəbər verir ki, bu barədə APA-ya BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Metyu Saltmarş bildirib.

O qeyd edib ki, BMT sistemi Azərbaycan Hökuməti və xalqı ilə 33 illik tərəfdaşlığını yüksək qiymətləndirir və bu müddət ərzində BMT Azərbaycanda əsas inkişaf prioritetlərinin irəlilədilməsini dəstəkləyib:

“UNHCR bütün tərəfdaşlar və donorlarla məsləhətləşmələr aparmaqla öz fəaliyyətinin məsuliyyətli şəkildə başa çatdırılmasını təmin etməyə sadiqdir”.

Metyu Saltmarşın sözlərinə görə, BMT bütün üzv dövlətlərdə olduğu kimi, Azərbaycan Hökuməti ilə də fəal dialoqu davam etdirir ki, qurumun fəaliyyəti ölkənin milli inkişaf prioritetləri ilə uzlaşsın və 2030 Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsinə töhfə versin.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
0
26
icma.az

10Sources