EN

Səmimi dialoq mühiti



Səmimi dialoq mühiti
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 28-də Azərbaycana səfəri ölkəmizin, eləcə də regionun maraqları baxımından strateji əməkdaşlıq ümüdləri vəd edir. Azərbaycanın belə aktiv bir mövqe sərgiləməsi ümumən regionun rifahı üçün əhəmiyyətlidir.
Səfər çərçivəsində həmçinin hər iki ölkə başçısı mətbuatada bəyanatlarla çıxış etmişdir. Ölkə başçımız cənab Prezident İlham Əliyev vurğulamışdır ki, biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır.
Qeyd etmək istərdim ki bu gün Azərbaycan və İran əlaqələri hər iki ölkənin rəhbərləri sayəsində ən yüksək inkişaf dövrünü yaşayır. İnanırıq ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın dövlətimizə səfəri ölkələrimiz arasında olan münasibətə yenilik gətirərək, qarşılıqlı əlaqələrimizin dərinləşməsinə və daha geniş sahələri əhatə etməsini təmin edəcəkdir.
Aynur Quliyeva
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Chosen
0
1
newscenter.az

2Sources