Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının (RXBZ) rəisi general-leytenant İqor Kirillovun həyat yoldaşına yüksək vəzifə veriləcək. Bu barədə “Vedomosti” qəzeti məlumat yayıb. Nəşr Kostroma Vilayət Dumasına yaxın mənbəyə istinad edib. Qeyd edilib ki, generalın dul arvadı Svetlana Kirillova Kostroma vilayətində senator ola bilər.
Xatırladaq ki, Kirillov bir neçə ay öncə, dekabrda sui-qəsd nəticəsində aradan götürülüb. Onunla bərabər generalın köməkçisi də qətlə yetirilib. İqor Kirillovu skuterə quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində öldürülmüşdü.
O, 2017-ci ilin aprelində Rusiya Silahlı Qüvvələrinin Rusiya Kimyəvi Müdafiə Qüvvələrinin rəisi təyin edilib. Kirrillov bu vəzifədə general-leytenant Eduard Çerkasovu əvəz edib.
Tural