Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraa mayın 7-də Fransaya rəsmi səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “France24” yayıb.
Bildirilib ki, səfər çərçivəsində Suriya lideri Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.
Bu, Əhməd Əl-Şaraanın Avropaya ilk səfəri olacaq.
Xatırladaq ki, Makron Suriyanın keçid dövrü prezidentini fevralda ölkəsinə səfərə dəvət etmişdi.
"Cebheinfo.az"