EN

Səid Xətibzadə: İranda Azərbaycan səfirliyinə hücum acı bir hadisə idi

İranda Azərbaycan səfirliyinə hücum acı bir hadisə idi.

“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini, Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Səid Xətibzadə Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçiriləcək görüşdən öncə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hadisə ilə bağlı geniş istintaq və tədqiqatlar aparılıb:

"Bu, hər iki millət üçün acı hadisə idi. İki dövlət və iki xalq bir-biri ilə təmaslarını yaxınlaşdırdılar. Gərək məhkəmə başa çata və verilən hökm əsasında icra həyata keçirilə. Əminəm ki, nəticədə ədalət yerini tapacaq".

Chosen
0
5
ikisahil.az

6Sources