EN

Şəmkirdə tələbə intihar edib

Şəmkirdə intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsindəki meşəlik ərazidə qeydə alınıb.

Qəsəbə sakini, 2006-cı il təvəllüdlü İ.Məmmədov ağacdan özünü asıb. Onun meyiti asılmış vəziyyətdə tapılıb.

İntiharın səbəbi məlum deyil, aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Qeyd edək ki İ.Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsi idi.
Chosen
0
10
sherg.az

10Sources