EN

“İnter”də ciddi itki: Dünya çempionu “Barselona”ya qarşı oynamayacaq

"İnter"in müdafiəçisi Benjamin Pavar Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə cavab görüşünü buraxacaq.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Mənbənin sözlərinə görə, fransalı müdafiəçi topuq nahiyəsində ağrılar səbəbindən bazar ertəsi məşqi yarımçıq qoyub. O, "Barselona" ilə oyunda iştirak etməyəcək.

Xatırladaq ki, Pavar aprelin 27-də “Roma” ilə oyunda zədələnib və “Barselona” ilə ilk oyunda da bu səbəbdən iştirak etməyib. Daha əvvəl DÇ-2018-in qalibininin cavab oyununda start heyətində yer ala biləcəyi bildirilirdi.

Chosen
0
publika.az

1Sources