BAKI, 6 may. TELEQRAF
İki dost və qardaş Azərbaycan və İran ölkə arasında zaman-zaman meydana çıxan süni soyuqluqların da aradan qalxacağına inanırıq.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə bildirib.
İki dost və qardaş Azərbaycan və İran arasında zaman-zaman meydana çıxan süni soyuqluqların da aradan qalxacağına inanırıq. Əminik ki, bu anlaşılmazlıqlar qarşılıqlı hörmət və dialoq yolu ilə zamanla öz həllini tapacaq. Çünki bizi birləşdirən dəyərlər və ortaq tarix, müvəqqəti çətinliklərdən daha güclüdür.