EN

Kiyev iki gecədir ki, Moskvaya PUA kabusu yaşadır

Ukrayna tərəfinin Rusiyanın 11 bölgəsinə PUA hücumu nəticəsində 10-dan artıq hava limanında uçuşlar dayandırıldı, xeyli sayda uçuşlar təxirə salındı.

ÖlkÉ™.az xÉ™bÉ™r verir ki,  tÉ™kcÉ™ ötÉ™n gecÉ™ paytaxt Moskvada 19 Ukrayna PUA-sı zÉ™rÉ™rsizləşdirilib.

Bu barÉ™dÉ™ Moskva meri Sergey Sobyanin  mÉ™lumat verib. Onun sözlÉ™rinÉ™ görÉ™, son iki gündÉ™ paytaxt Moskva davamlı olaraq PUA hücumuna mÉ™ruz qalıb. PUA hücumu nÉ™ticÉ™sindÉ™ Moskvadakı Vnukovo, Domodedovo, Åžeremetyevo vÉ™ Jukovski hava limanları müvÉ™qqÉ™ti olaraq fÉ™aliyyÉ™tini dayandırıb. 

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi də Moskvada çoxlu sayda uçuşun dayandırıldığını açıqlayıb.

PUA hücumu nəticəsində Kazan, Nijnekamsk, İvanovo, Kaluqa, Nijni Novqorod və Yaroslavl hava limanları fəaliyyətini müvəqqəti olaraq məhdudlaşdırıb.

Rusiyanın Telegram kanalları Lipetsk, Ryazan, Tambov və Tula vilayətlərində də PUA təhlükəsi elan olunduğunu bildirir.

Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın 11 bölgəsində 105 PUA vurduğunu açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Bryansk vilayətində 32, Voronej vilayətində 22, Moskva vilayətində 19, Penza vilayətində 10, Kaluqa vilayətində 9, Belqorod vilayətində 6 PUA vurulub. İki pilotsuz təyyarə Lipetsk və Samara vilayətləri üzərində, biri isə Vladimir, Kursk və Rostov vilayətləri üzərində məhv edilib.

Mürtəza
Ölkə.az

Chosen
0
2
olke.az

3Sources