EN

Tramp dünyanı ələ saldı: Bu şəkildən xəbərim yoxdu!

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Papa kimi süni intellektlə çəkilmiş şəklinin haradan ortaya çıxıdığı barədə heç bir fikri yoxdur, baxmayaraq ki, özü bunu Truth sosial şəbəkəsində yerləşdirib.

Modern.az-ın məlumatına görə, Trampın bu açıqlaması təəccüblə qarşılanıb.

“Birisi mənim Papa paltarı geyinmiş şəklimi internetdə yerləşdirib. Bunu ilk dəfə edən mən deyildim. Onun haradan gəldiyini bilmirəm. Bəlkə süni intellekt etmişdi, amma bu barədə heç nə bilmirəm. Əslində, həyat yoldaşım şəkli görən kimi onun şirin olduğunu düşündü. O dedi: "Bu şirin deyilmi?" - ABŞ prezidenti söyləyib.

Bir neçə gün əvvəl "Papa olmaq istərdim" deyə zarafat edən Tramp cümə günü gecə öz Truth sosial platformasında şəhadət barmağı qaldırılmış Papa geyimli şəklini yayımlayıb. Daha sonra Ağ Ev onu rəsmi X hesabında yerləşdirib.

Əgər bu mesaj süni şəkildə yaradılıbsa, o zaman niyə Ağ Evin rəsmi hesabında yerləşdirilib?  

Prezident suala belə cavab verib: “Bəsdirin görək, yəqin kimsə bunu əylənmək üçün edib”.

Xarici mətbuat Trampın bu açıqlama ilə dünyanı ələ saldığını bildirib.

Chosen
0
12
modern.az

10Sources