EN

Varşavada ətraf mühit fəallarından qeyri-adi aksiya

"Ostatnie Pokolenie" ("Son Nəsil") ekoloji hərəkatının üzvləri Varşavada öz əllərini körpünün səthinə yapışdırıblar.

“İki sahil” Polşanın RMF FM radiosuna istinadən xəbər verir ki, aktivistlər əvvəlcə Sileziya-Dombrovski körpüsündə aksiyaya başlayaraq Visla çayının sağ sahilinə keçidi bağlayıblar. Daha sonra isə Ponyatovski körpüsünə keçərək özlərini həmin körpünün səthinə yapışdırıblar.

Qeyd edək ki, "Son Nəsil" təşkilatı Avropa şəhərlərində keçirdiyi qeyri-adi etiraz aksiyaları ilə tanınır. Aprel ayında təşkilatın üzvlərindən biri Varşavada Rusiyada Polşanın sabiq prezidenti Lex Kaçinskinin də həlak olduğu aviasiya qəzasının qurbanlarına həsr olunmuş abidənin üzərinə boya atmışdı.

Bu dəfə isə fəallar nəqliyyat infrastrukturunun inkişafına investisiyalar ayrılmasını, regional nəqliyyat üçün vahid səyahət biletinin tətbiqini və Polşanın Baş naziri Donald Tuskla görüş keçirilməsini tələb ediblər.

Chosen
0
1
ikisahil.az

2Sources