Bakı. Trend:
Xaçmazda avtomobilin aşması nəticəsində sürücü ölüb, sərnişinlərağır xəsarət alıblar.
Trend-in əldə etdiyi məlumata görə, hafisə mayın 4-üsaat 16:00 radələrində Xaçmaz rayonunun Ləcət kəndi ərazisində başverib.
Belə ki, Ləcət-Xudat istiqamətində olan avtomobil yolunda1984-cü il təvəllüdlü Həsənbəyov Tərlan Əlifxan oğlu idarə etdiyi“Toyota Corolla” markalı avtomobilin yolun hərəkət hissəsindənçıxaraq yolun sağ kənarına aşması nəticəsində sürücü T.Həsənbəyovağır kəllə-beyin travması, baş beyin əzilməsi, alın nahiyəsininböyük əzilmiş-cırılmış yarası, döş qəfəsinin əzilməsi, komotozvəziyyət kimi xəsarətlər alıb.
Avtomobildəki sərnişinlər 1965-ci il təvəllüdlü BalacayevaAynaxanım Arif qızı qapalı kəllə-beyin travması, baş beyinsilkələnməsi, alın nahiyəsinin və döş qəfəsinin əzilməsi, sol əlin2-ci barmağının kəsilmiş yarası" kimi xəsarətlər, 2014-cü iltəvəllüdlü Həsənbəyov Rəsul Tərlan oğlu qapalı kəllə-beyintravması, baş beyin silkələnməsi, sol qaş nahiyəsinin əzilmişyarası, təpə və döş qəfəsinin əzilməsi kimi xəsarətlər, 1962-ci iltəvəllüdlü Balacayev Xanlar Abzər oğlu ağır kəllə-beyin travması,baş beyin silkələnməsi, döş qəfəsinin əzilməsi, başın çoxsaylıəzilmiş yaraları, komotoz vəziyyət kimi xəsarətlər alıb.
T.Həsənbəyov Xaçmaz RMX-dan müayinə üçün Qusar şəhərindəyerləşən “OKİ” klinikasına aparılarkən təcili tibbi yardımavtomobilində ölüb.
Faktla bağlı Xaçmaz RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 263.2-cimaddəsi ilə cinayət işi başlanıb.