Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.
Bakıvaxtı.az xəbər verir ki, ilk finalçının adına İtaliyada aydınlıq gələcək.
“İnter” doğma meydanda “Barselona”nı sınağa çəkəcək. Görüş saat 23:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
6 may
23:00. “İnter” (İtaliya) - “Barselona” (İspaniya)
İlk oyun - 3:3.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin digər qarşılaşması sabah Fransada baş tutacaq. PSJ ilk oyunda 1:0 hesabı ilə məğlub etdiyi "Arsenal"ı qəbul edəcək.
Turnirin final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.