EN

Final seriyasının üçüncü oyunu bu gün keçiriləcək

Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu bu gün keçiriləcək. SİA-nın məlumatına görə, Bakı İdman Sarayında "Neftçi" və "Sabah" komandaları üz-üzə gələcəklər.

Qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, əvvəlki iki görüşdə "Sabah" qalib gəlib. Növbəti matçın mayın 8-də təşkili planlaşdırılır. Seriyada rəqibini 4 dəfə məğlub edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Chosen
0
6
sia.az

7Sources