AZ

Final seriyasında üçüncü oyun

Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu bu gün keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Bakı İdman Sarayında “Neftçi” və “Sabah” komandaları üz-üzə gələcəklər.

Qarşılaşma saat 19:00-da start götürəcək.

Əvvəlki iki görüşdə “Sabah” qalib gəlib. Növbəti matçın mayın 8-də təşkili planlaşdırılır. Seriyada rəqibini 4 dəfə məğlub edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

 

Seçilən
0
6
qafqazinfo.az

7Mənbələr