ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Kloppu karyerasının ən çətin rəqibi adlandırıb. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə "Marca"ya açıqlama verib:
"Kloppun rəhbərlik etdiyi "Liverpul" məşqçilik karyeramın ən böyük sınağı idi. Həmişə başımı ağrıdırdı. Mən məşqçilər korpusumla birlikdə onu necə dayandıracağımın planlarını cızırdım. "Mən bunu etdim" deyə düşündüyüm vaxtlar olub, ancaq ertəsi gün məyus olmuşam".
Qeyd edək ki, Klopp 2015-2024-cü illər aralığında "Liverpul"u çalışdırıb. "Qırmızlar" onun rəhbərliyi altında Premyer Liqa və Çempionlar Liqasının qalibi olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.