EN

"Suraxanı Satış Bazası” mənfəət və zərərini bölüşdürəcək - TOPLANTI

13 iyun 2025-ci il saat 10.00-da “Suraxanı Satış Bazası” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı cəmiyyətin yerləşdiyi inzibati binada keçiriləcəkdir.

FED.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. 2024-cü ilin maliyyə hesabatının təsdiq edilməsi .

2. Mənfəətin və zərərlərin bölüşdürlməsi .

3.Digər məsələlər.

Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələlərlə bağlı sənədlərlə tanış olmaq üçün həftənin iş günləri cəmiyyətə gəlməklə tanış ola bilərlər.

Əlaqə telefonu: +99 450 330 41 51.

Ünvan- Bakı şəhəri, Suraxanı rayonu, 14 iyul küçəsi 153

Chosen
0
1
fed.az

2Sources