EN

Avropa nağd pul dövriyyəsinə məhdudiyyətləri sərtləşdirir

Avropa Komissiyası qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitlərinin yuyulması ilə mübarizəyə yönəlmiş yeni qayda qəbul edib.

Publika.az xəbər verir ki, 2027-ci ilin iyul ayından etibarən Aİ-nin bütün üzv dövlətlərində 10 min avroya qədər nağd ödənişlərə vahid limit qüvvəyə minəcək.

Bu yeni qayda iri pul vəsaitlərinin istifadəsini azaltmaqla çirkli pulların yuyulmasına, terrorçuluğun maliyyələşdirilməsinə və digər qeyri-qanuni maliyyə fəaliyyətlərinə qarşı mübarizənin gücləndirilməsinə yönəlib.

Yeni reqlamentin əsas təfərrüatları Aİ daxilində 10 min avrodan yuxarı istənilən nağd ödənişlərin qadağan edilməsini nəzərdə tutur. Bu məhdudiyyət ödənişin avro və ya digər valyutalarda edilməsindən asılı olmayaraq tətbiq olunacaq. 3-10 min avroarası nağd əməliyyatlar üçün satıcıdan rəsmi sənəd tələb etməklə alıcının şəxsiyyətini təsdiqləməsi tələb olunacaq. Bu tədbir nağd pul əməliyyatlarının şəffaflığını artırmaq məqsədi daşıyır.

Chosen
0
2
publika.az

3Sources