Mayın 5-də Nikaraqua Milli Muxtar Universitetində İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunan bayram tədbirləri keçirilib.
Tədbirdə Nikaraqua hökumətinin nazirləri, yerli diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Bu tədbir çərçivəsində artıq dünyanın müxtəlif ölkələrində başlayan “Yaddaş bağı” beynəlxalq aksiyasına Nikaraqua da qoşulub. Rusiya səfiri Mixail Ledenev, Nikaraqua rəhbərinin xüsusi nümayəndəsi Laureano Orteqa və Manaqua şəhərinin meri Reina Rueda Stalinqrad döyüşündə qələbəyə həsr olunmuş xatirə lövhəsinin yaxınlığında iki ağac əkib, sonra “Qəhrəman şəhərlər” lövhəsi önünə əklillər qoyublar.
"Rus xalqı nasizmə qarşı apardığımız mübarizədə ən ağır yükü öz üzərinə götürməyə və bu fədakarlığı etməyə məcbur oldu", - deyə Ledenev toplaşan kütlə qarşısında çıxış edib. O, nasizm üzərində qələbədə anti-Hitler koalisiyasında Latın Amerikası və Karib hövzəsi ölkələrinin rolunu xüsusi vurğulayıb.
Laureano Orteqa öz növbəsində Nikaraqua həmsədrləri Daniel Orteqa və Rosario Murillonun qardaşlıq salamlarını qəhrəman xalqa, hökumətə və Rusiya Prezidenti Vladimir Putinə çatdırıb. O, vurğulayıb ki, İkinci dünya Müharibəsi illərində sovet xalqı planetdə sülh və azadlıq naminə bir ölkənin edə biləcəyi ən böyük fədakarlığı edib.
Cavid