EN

Kino ulduzu Atlılar filmində çəkiləcək

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Bred Pitt Amerikalı kino ulduzu, aktyor Bred Pitt yeni perspektivli bir layihəyə qatılacaq. Təfərrüatlar barədə bir neçə KİV, o cümlədən "İnstaqram" hesabında "Deadline" nəşri məlumat yayıb.Reyting.az xəbər verir ki, "Deadline"-nin Hollivud mənbələrinə görə, rəqabətli döyüşdən sonra "A24" studiyası "Oskar" mükafatçısı Bred Pittin, həmçinin "Oskar" mükafatına namizəd olan Edvard Bergerin rol alacağı "The Riders" filminin hüquqlarını əldə edib. Bildirilir ki, amerikalı kinorejissor Deyv Kajqaniç avstraliyalı yazıçı Tim Uintonun "Atlılar" romanını ekrana uyğunlaşdıracaq. Nəşr qeyd edir ki, rejissor lentə alacağı yeni filminə ad axtarmaq fikrində deyil və ekran əsəri elə əsərdəki kimi "Atlılar" adlanacaq. Kitabın süjet xəttinə görə, baş qəhrəman Fred Skulli yeni həyat qurmaq arzusu ilə İrlandiyada öz ailəsi üçün ev hazırlayır. Ancaq hava limanında onu tək kiçik qızı qarşılayır. Məlum olur ki, Skullinin arvadı yoxa çıxıb. Bundan sonra kişi həyat yoldaşını tapmağa çalışır. Lakin günlərin birində Fred axtarış zamanı baş düşür ki, əslində tapmaq istədiyi bu sevdiyi qadını o qədər də yaxından tanımayıb. Qeyd edək ki, "Atlılar" romanının müəllifi Tim Uinton Avstraliyanın ən böyük yazıçılarından biridir və avqust ayında bu məşhur qələm adamının 65 yaşı tamam olacaq. Yeni filmdə əsas rolu ifa edəcək amerikalı ulduz aktyor, prodüser və Hollivudun ən nüfuzlu simalarından biri sayılan Bred Pittin bu ilin dekabrında 62 yaşı tamam olacaq."Atlılar" filminin çəkilişləri və nümayişi ilə bağlı "A24" kino studiyası hələ ki, ətraflı məlumat verməyibOqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
0
1
icma.az

2Sources