EN

Ermənistan sərhədində yük daşımaları dayandırıldı

Ermənistan-Gürcüstan sərhədindəki Qoqavan-Ququt keçid məntəqəsindən ağır yük avtomobillərinin hərəkəti dayandırılıb. SİA xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, Gürcüstan tərəfində kabelin zədələnməsi səbəbindən ərazidə internet xidməti kəsilib, keçid məntəqəsi bir müddət işləməyəcək. Komitə kommunikasiyalar bərpa olunmayana qədər bu keçid məntəqəsindən ağır maşınların hərəkətinə icazə verilməyəcəyini bəyan edib.

Chosen
0
6
sia.az

7Sources