EN

Qısa düşüncə pozulmasının səbəbi tapıldı

ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Neyroloqlar yenilik ediblər. Tədqiqatçılar insanlarda qısa düşüncə pozğunluğunun səbəbini açıqlayıblar.

News24.az-ın məlumatına görə, elm adamları müəyyən ediblər ki, “şüurun dayandırılması” epizodları oyanış vaxtımızın 5%-dən 20%-ə qədərini təşkil edə bilər.

Alimlərin fikrincə, ümumiyyətlə hər hansı bir insan düşüncəsinin günün ortasında yoxa çıxdığını hiss edirsə, deməli, o, artıq tək deyil. “Trends in Cognitive Sciences” jurnalında dərc edilmiş bu elmi araşdırma eyni zamanda “qaranlıq” vəziyyətin həqiqətən mövcud olduğunu təsdiqləyir.

Belçika, Fransa və Avstraliya alimləri şüurda boşluq fenomeni ilə bağlı 80-ə yaxın tədqiqatın icmalını keçiriblər. Tədqiqatçılar iddia edirlər ki, bu vəziyyət ağlın dolaşmasından və yaxud adi unutmadan fərqli bir prosesdir.

Lieje Universitetinin İdrak Fiziologiyası Elmi Laboratoriyasının direktoru Afina Demertzenin dediklərinə görə, mövzuya maraq əvvəllər yuxu, həm də meditasiya tədqiqatçıları tərəfindən göstərilib, hazırda isə koqnitiv elm adamları arasında belə bir sahəyə diqqət getdikcə artır.

Demertze daha sonra belə bir izah verib: “Elm adamları nəhayət bir məsələni başa düşməyə başladılar ki, insanlar normal və gündəlik həyatlarında bu cür boşluqlarla dolu anları çox yaşaya bilərlər. Üstəlik də, araşdırmalara görə, belə oxşar hadisələr yuxular sahəsində, məsələn, “ağ yuxular” kimi təsvir edilib, yəni burada artıq insan yatdığını xatırlayır, lakin o, heç vaxt öz yuxusunun məzmununu xatırlaya bilmir”.

Nəşrin yazdığına görə, yeni tədqiqatların nəticələri göstərib ki, əslində, insanların bəziləri heç bir düşüncələrinin olmadığını bildirdikdə, onların beyinləri də normal iş rejimini dəyişir. Skanlar da sübut edib ki, əlavə motor korteksində və həmçinin hipokampusda aktivliyin azalması qeydə alındıqda məhz elektroensefaloqramma beynin hissələrini yuxuya bənzəyən bir vəziyyətlərə gətirir və beyin aktiv iş rejimi fəaliyyətini aşağı salır.

Afina Demertzenin bu barədə söylədikləri tədqiqatlara həm də aydınlıq gətirib. O, deyib: “Əslində, bu, heç də fərziyyə deyil, insan beyninin boşalması realdır. Bu, sadəcə, unutqanlıq və yaxud yanlış qavrayış da deyil. Çünki bəzən düşüncələrimizin axını həqiqətən dayanır. Bunu belə izah etmək olar ki, beynin digər şüur hallarından fərqli olan xüsusi bir vəziyyəti mövcuddur”.

Tədqiqatçılar vurğulayıblar ki, dumanlılıq epizodları oyanış zamanının təxminən 5%-dən 20%-ə qədərini əhatə edə bilər. Alimlər onu da qeyd ediblər ki, xüsusilə diqqət çatışmazlığı, daha dəqiqi, hiperaktivlik pozuqluğu (DEHB) olan insanlar bu şərtlərə daha çox meyllidirlər. Bununla belə, müasir elm aləmi, eləcə də texnologiyalar insan beynindəki bir çox sirləri hələ də tam üzə çıxara bilməyib.

Bütün bunlarla yanaşı, bu yeni kəşfin çox böyük elmi uğur olduğunu söyləyən İdrak Fiziologiyası Laboratoriyasının direktoru Afina Demertze sonda bildirib ki, bu cür epizodların nə qədər davam etdiyini, o cümlədən müxtəlif növlərdə olub-olmadığını, eyni zamanda, “axın” vəziyyətində baş verə biləcəyini hələlik bilmirik: “Həm də dəqiq nə baş verdiyini öyrənmək lazımdır: zehni obrazı yarada bilməmək və yaxud da ona çatmaq cəhdi zamanı uğursuzluq. Bütün bunları ətraflı, dəqiq araşdırmadan yekun qərar vermək çox çətindir. Lakin bizim artıq uğurumuz var və alimlər qısa düşüncə pozulmasının səbəbini aşkar edə biliblər”./medianews

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
0
1
icma.az

2Sources